Ermənistan sərhəd qoşunlarının itkilərini açıqlayıb

27 Oktyabr 2020 13:59 (UTC+04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının Dağlıq Qarabağ münaqişə zonasında itkiləri açıqlanıb.

Mövqe.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu müddət ərzində Sərhəd qoşunlarının 37 qullquçusu həlak olub.

Bundan başqa, 4 nəfər itkin düşüb, 243 nəfər isə yaralanıb.

Qeyd edək ki, sərhəd qoşunlarının komandanı Vaginak Sarkisyan ötən gün vəzifəsindən azad edilib.