Ermənistan yenə elan verdi: qan çatmır

27 Oktyabr 2020 14:14 (UTC+04:00)

Ermənistan Səhiyyə Nazirliyi vətəndaşları yenə qan verməyə çağırıb.

Mövqe.az xəbər verir ki, nazirlik cəbhədə yaralanan hərbçilərin həddən çox olduğu və qan ehtiyatlarının bu tələbi ödəmədiyini etiraf edib.

Qeyd edək ki, Ermənistan ordusunun Qarabağda 27 sentyabrdan bəri 10 mindən artıq itki verdiyi, o cümlədən minlərlə hərbçisinin yaralandığı haqda məlumat var.