XİN-dən “Avronyus”a hücumla bağlı - Açıqlama

27 Oktyabr 2020 16:19 (UTC+04:00)

Jurnalistlərə qarşı hücumlar beynəlxalq humanitar qaydalarla qadağandır.

Mövqe.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) Tvitter hesabında yazıb.

Qeyd olunur ki, Ermənistan beynəlxalq qaydalarla müəyyən olunan öhdəlikləri kobud şəkildə pozaraq jurnalistlərə hücum edir:

“Avronyus” əməkdaşlarına hücumu əks etdirən bu video bir daha mülki şəxslərə və jurnalistlərə hücum edən Ermənistanın simasını göstərir”.