Düşmən Bərdəyə raket atdı: 4 nəfər öldü

27 Oktyabr 2020 18:04 (UTC+04:00)

17:26

Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə yazıb.

“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”, - o qeyd edib.

***

Ermənistan Ordusu tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinə atılan raket nəticəsində ölənlərin sayının 4-də çatdığı deyilir. Ölənlərdən biri 8 yaşlı uşaqdır.