Bayramov Çavuşoğlu ilə danışdı

28 Oktyabr 2020 09:50 (UTC+04:00)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Mövqe.az xəbər verir ki, bu barədə Report-a Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı XİN başçıları Dağlıq Qarabağdakı son vəziyyəti, münaqişəyə dair yenilikləri müzakirə ediblər.