Düşmən Bərdə şəhərini raket atəşinə tutub

28 Oktyabr 2020 14:01 (UTC+04:00)

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.

Bu barədə Mövqe.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

XXX

13:53

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub.

Mövqe.az-ın məlumatına görə, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

Hikmət Hacıyev Tvitter səhifəsində Bərdənin atəşə tutulmasında yazıb. Bildirib ki, Tərtərdən sonra Bərdəyə də raket hücumu həyata keçirib:

"Ermənilər mülki şəxslərin dünənki qətlindən heç bir dərs çıxarmır".