Bu hərbi cinayətlərə səssiz qalmaq... - XİN

28 Oktyabr 2020 17:35 (UTC+04:00)

Münaqişə bölgəsindən uzaq dinc əhaliyə qarşı daha bir xain hücum! Bu hərbi cinayətlərə səssiz qalmaq təhrikə bərabərdir!

Mövqe.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Tvitterdə yazıb.

“Cinayətkarlar ədalətdən qaçmayacaq və məsuliyyətə cəlb olunacaqlar”, - o vurğulayıb.