BNA-dan müraciət: Bu ərazidə işıqfor işləmir

28 Oktyabr 2020 20:22 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.

BNA-dan Mövqe.az-a bildirilib ki, yüksəkgərginlikli elektrik xəttində təmir işlərinin aparılması ilə əlaqədar hazırda Nobel prospekti, “ASAN xidmət”in yaxınlığında yerləşən işıqfor işləmir. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.