BQXK-nin könüllüsü Bərdədə humanitar yardım zamanı həlak olub - Hikmət Hacıyev

29 Oktyabr 2020 10:10 (UTC+04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) könüllüsü Ermənistanın şəhəri kasset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb.

Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də etdiyi paylaşımda bildirib.