Ermənistan ordusunda qiyam baş verib

29 Oktyabr 2020 10:30 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun alaylarından birində qiyam baş verib.

Mövqe.az-ın məlumatına görə, qiyam baş verən korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşdirilib.

Alaydakı muzdlular Dağlıq Qarabağdakı döyüş bölgəsinə yenidən yerləşdirmə əmrinə tabe olmaqdan kütləvi şəkildə imtina ediblər.