Azərbaycan dünya mətbuatında

29 Oktyabr 2020 13:00 (UTC+04:00)

30 ilə yaxındır ki, Azərbaycan torpaqları Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunub. 1 milyondan çox soydaşımız doğma yurd yuvalarından qaçqın və məcbur köçkün düşüb. Bundan başqa əsir və itkin düşənlərimiz də var. Azərbaycanın 20 faiz​ ərazisinə ölçüyəgəlməz ziyan dəyib. Ermənilərin etdiyi vəhşiliklər nəticəsində maddi və mənəvi olaraq zərərçəkmiş​ vətəndaşlarımızın sayı hesabı yoxdur.​

          Lakin nəhayət gözlədiyimiz gün gəlib çatdı. 30 il sonra xalqımız öz haqq ədalətini bərpa etmək və qorumaq üçün düşmənin təcavüzkar hərəkətlərinə layiqli cavabını verdi. 27 sentyabrda​ Ermənistan tərəfindən pozulan 3cü atəşkəsə cavab olaraq Azərbaycan Ordusu hərbi əməliyyatlara başlamışdır. Bu hərbi əməliyyatlar nəticəsində rayonlarımız və kəndlərimizin bir hissəsi işğaldan azad olunub. Düşmən isə Azərbaycanın qazandığı uğurları həzm edə bilmir, əvəzində fitnə fəsada əl atır, düzgün olmayan informasiyalar yayır, Azərbaycanın dinc əhalisini atəşə tutur. Cənab İlham Əliyev "Figaro" qəzetinə verdiyi müsahibədə demişdir ki, qarşı tərəf 10 oktyabr və 17 oktyabr Gəncə şəhərində atəşkəsi kobud şəkildə pozaraq raketlər atmasaydı bu gün atışma dayanardı. O bildirir ki, "əgər qarşı tərəf atəşkəsi pozmağa davam etsə və dayanmasa, biz də davam edəcəyik."​ Müsahibədən də görürük ki, bizim hələ ki heç bir köməyə ehtiyacımız yoxdur. Biz hər tərəfdən​ zənginik. Türkiyədən yardım almırıq. Azərbaycan döyüş meydanında nə edirsə özü edir. Qardaş ölkə Türkiyə bizə mənəvi dəstəkdir və bu çox güclü siyasi dəstəkdir​ Silahlarımızı pul qarşılığında Rusiyadan əldə edirik. Ermənistan isə bizdən fərqli olaraq Rusiya tərəfindən pulsuz silahlandırılır.​

Cənab Prezident bildirmişdir ki, Dağlıq Qarabağın gələcəyi üçün​ ən yaxşı yol sülh şəraitində yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır.​

Lakin belə görünür ki, sülh yolu ilə həll etmək çətin məsələdir. Çünki bizim ordumuz mərdcəsinə yalnız hərbi qüvvələrlə savaşır ancaq onlar isə bizim dinc əhalimizi atəşə tuturlar. Bu gün Bərdə şəhərində törədilən​ vəhşilik də bunun göstəricisidir.

Azərbaycan xalqı mərd və əyilməzdir. Düşmən bizə​ nə qədər zərbə vursa da, bizim mübarizə əzmimizi qıra bilməz. Biz torpaqlarımızı almaq uğrunda canımızdan qanımızdan keçməyə hazırıq. Və inanırıq ki, üç rəngli bayrağımız düşmən əsarəti altında qalmış bütün torpaqlarda dalğalanacaq! Qarabağ Azərbaycandır!​
​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Yusifova Xədicə

Nəsimi rayon gənci, Bakı Slavyan Universitetinin tələbəsi