Aviasiya vasitəsitələrimiz bugünkü döyüşlərdə tətbiq olunmayıb - MN

29 Oktyabr 2020 12:54 (UTC+04:00)

Ermənistan tərəfinin guya bu gün aviasiya vasitəsilərimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.

Müdafiə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb.