Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib - İcra başçısı

29 Oktyabr 2020 15:00 (UTC+04:00)

Raket Bərdədə ticarət obyektləri yerləşən əraziyə düşüb. Ermənistan bilərəkdən insanların daha çox olduğu yeri seçib.

Mövqe.az-ın məlumatına görə, bunu Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev deyib.

Onun sözlərinə görə, düşmən Bərdəni təsadüfən seçməyib. Bərdə Gəncədən sonra daha çox infrastruktur olan yerdir, ticarət daha çoxdur.