O, Ermənistana sağ-salamat təhvil veriləcək - Hacıyev

29 Oktyabr 2020 15:37 (UTC+04:00)

Bu gün 30 erməni əsgər, zabitinin cəsədi və yaşlı ermənilərdən biri Ermənistan tərəfinə təhvil verilib.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bir nəfər yaşlı kişi var ki, onun da 80-dən artıq yaşı var. O da tibbi şərait imkan verdiyi təqdirdə Ermənistan tərəfinə sağ-salamat təhvil veriləcək”, - o bildirib.