Ronaldinyodan Azərbaycana dəstək

29 Oktyabr 2020 17:29 (UTC+04:00)

Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo Azərbaycana dəstək verib.

Mövqe.az xəbər verir ki, o, bu barədə videogörüntü paylaşıb.

“Azərbaycandan olan bütün insanlara salam göndərmək istəyirəm. Qoy hər kəs salamat evlərinə qayıtsın. Azərbaycanda mən çox gözəl qarşılandım və tezliklə ora qayıtmaq istəyərəm”, – Ronaldinyo mesajında bildirib.