Azərbaycanın quşçuluq müəssisələrindən biri özünü müflis elan edir

30 Oktyabr 2020 09:18 (UTC+04:00)
"İmişli-Quşçuluq" MMC müflus elan olunması üçün Şirvan Kommersiya Məhkəməsinə müraciət edib. Mövqe.az xəbər verir ki, bununla bağlı məhkəmə baxışı noyabrın 12-də, saat 12:00-da keçiriləcək. İşlə maraqlanan fiziki və hüquqi şəxslər aidiyyəti üzrə müraciət edə bilərlər. Xatırladaq ki, "İmişli-Quşçuluq" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,073 milyon manatdır.