"Vilyarreal"ın futbolçusu: "Qarabağ"a qarşı matç asan olmadı"

30 Oktyabr 2020 09:20 (UTC+04:00)
İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Alfonso Pedraza UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı paylaşım edib. Məlumata görə, 24 yaşlı cinah oyunçusu "Twitter"də matç barədə fikirlərini bölüşüb. 90 dəqiqə meydanda olan ispaniyalı oyunçu qələbə qazandıqları üçün sevindiyini bildirib: "İkiqat xoşbəxtəm. Qarşılaşma asan olmadı. Amma bu şəkildə qələbə qazananda daha çox zövq alırsınız". Qeyd edək ki, qarşılaşma Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir. (Report)