Baş redaktora ağır itki üz verdi

30 Oktyabr 2020 11:18 (UTC+04:00)
"Yeni Gündəm" saytının baş redaktoru, "Gündəm Media Group"un rəhbəri Təbriz Məhərrəmoğluna ağır itki üz verib. Təbriz Məhərrəmoğlunun saytımıza verdiyi məlumata görə 28 oktyabr tarixində ermənilərin Bərdə şəhərinə raket hücumu nəticəsində həlak olanlar arasında baş redaktorun yaxın qohumu Bərdə rayonu Lənbəran kənd sakini, 1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı həlak olub. Qeyd edək ki, 28 oktyabr tarixində Bərdə şəhərinə raket hücumu nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən çox mülki şəxs yaralanıb. Həlak olanlara rəhmət diləyirik!