Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

30 Oktyabr 2020 11:56 (UTC+04:00)
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6,5 faiz səviyyəsində saxlanılması barədə qərar verib. Trend bu barədə Mərkəzi Bankın mətbuat konfrasından məlumat verib. Faiz dəhlizinin yuxarı həddi 7 faiz, aşağı həddi isə 6 faiz səviyyəsində saxlanılıb. Mərkəzi Bank rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 18-də baxacaq.