"Formula 1" komandası iki pilotu ilə müqaviləni yenilədi

30 Oktyabr 2020 12:13 (UTC+04:00)
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandası iki pilotu ilə müqavilənin müddətini uzadıb. Goal. az yarışın rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, Antonio Covinatsi və Kimi Raykkonen 2021-ci ildə də İtaliya təmsilçisi üçün yarışacaqlar. Qeyd edək ki, Antonio Covinatsi və Kimi Raykkonen 2019-cu ildən "Alfa Romeo"da çıxış edir.