AFFA klublar üçün videokonfrans formatında iclas keçirdi

30 Oktyabr 2020 13:00 (UTC+04:00)

Premyer Liqa və l Divizionda çıxış edən klubların nümayəndələri üçün videokonfrans formatında iclas keçirilib. Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclas Lisenziyalaşdırma qrupunun 2021-2022-ci il lisenziyalaşdırma mövsümünə həsr edilib. Toplantıda bəzi mövzular haqqında ətraflı məlumat verilib:

- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat

- Ötən mövsümün icmalı

- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.