“Anamın qoxusu üçün darıxıram” – AzTV-də təsirli videoçarx

30 Oktyabr 2020 14:11 (UTC+04:00)
Azərbaycan Radiosu (105 FM) və Azərbaycan Televiziyasının Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsi Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terrorla bağlı yeni videoçarx hazırlayıb. Videoçarx Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması nəticəsində yaxınlarını itirən uşaqlardan bəhs edir. Beynəlxalq ictimaiyyətin də bu terror hadisəsindən xəbərdar olması üçün ingiliscə altyazı verilib. Çarxda Ermənistanın Gəncəyə raket atması nəticəsində xəsarət almış 5 yaşlı Bəxtiyar Heydərli çəkilib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri son 1 ayda dinc əhalini dəfələrlə hədəfə alıb. 90 mülki şəxs həlak olub, 392 nəfər isə yaralanıb. https://www.youtube.com/watch?v=Mlr1VuIPWmE&feature=youtu.be