Haqq-ədalət hər zaman qalib gələr!

30 Oktyabr 2020 14:57 (UTC+04:00)
Bildiymiz kimi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ uğrunda ikinci mübaribə başlayıb.Amma bu müharibə birincidən çox fərqlidir.Artıq Azərbaycan o vaxtki Azərbaycan deyil.İndi Azərbaycanın hakkını sökə-sökə almağı bacaran,vətəni uğrunda canından keçən igidləri,rəşadətli ordusu,güclü hərbi texnikaları,daim ona dəstək olan xalqı və qardaş ölkələri var. Azərbaycanın bugün ki uğurlarını igid oğullarımıza,şanlı ordumuza,şəhidlərimizə,xalqımızın birliyinə və Ali Baş Komandanımıza borcluyuq. Bu uğur hamımızın uğurudur.Azərbaycan dedikdə,Qarabağı xatırlayan o Qarabağ uğrunda canından,qanından keçən xalqımız var bizim. Möhtərəm prezidentimiz İlham Əliyev Qarabağ müharibəsiylə əlaqədar olaraq tez-tez xarici informasiya agentliklərinə müsahibələr verir.Sonuncu müsahibəsi isə Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına verdiyi müsahibə olmuşdur.Müsahibədə cənab prezidentimiz Ermənistanın hiyləgərliklərini,vəhşiliklərini bir daha dilə gətirmiş və bu müharibənin Ermənistan tərəfindən başlandığını,eyni zamanda onların bizim mülkü əhalimizi hədəf aldığını və bunun qarşılığındada bizm adekvakt cavab verdiyimizi bildirdi.Daha sonra isə hər zaman söylədiyi kimi bizim haqq tərəfdarı olduğumuzu,öz ərazilərimizdə vuruşduğumuzu və tezliklə haqqı bərqərar edib bütün torpaqlarımızı geri alacağımızı bildirdi. Eyni zamanda cənab prezidentimiz İlham Əliyevin tez-tez xalqa etdiyi müraciətləri xalqımız böyük həvəslə gözlüyür və hər dəfəsində qələbə çaldığımız ərazilərin adları açıqlandıqda bütün xalq sevinc gözyaşlarına hakim ola bilmir.Bu sevinc,qürur hissi isə anlatılmaz yaşanılar.Bu hissləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza və şanlı ordumuza nə qədər təşəkkür etsək azdır.Azərbaycan xalqı onların sayəsində 30ilə yaxındır ki həsrət qaldığı ata-baba yurduna qovuşacaq.Artıq bu ayrılıq bitəcək.Məcburi köçkün statusu yığışdırılacaq.Tezliklə Azərbaycan xalqı Qarabağda zəfər bayramını qeyd edəcək və Qarabağın hər qarışında Azərbaycan bayrağı dalğalanacaq. Bunuda qeyd etmək lazımdır ki,Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir.Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.Biz Ali Baş Komandanımıza hər zaman etimat göstərmişik və bu gündə heç şübhəsiz onun yanındayıq, verdiyi qərarları sonuna kimi dəstəkləyirik.Biz Ali Baş Komandanımıza və şanlı ordumuza güvənirik.Bizi tezliklə Qarabağımıza qovuşdurmalarını səbrsizliklə gözləyirik.Şəhidlərimizin qanı yerdə qalmayacaq tezliklə zəfər bayramını qeyd edəcəyik.Necə ki qısa müddət ərzində 4şəhər və bir çox kəndlərimiz azad edilib.Bunun davamının gələcəyindən də çox əminik.Tezliklə Qarabağın hər guşəsində Azərbaycan bayrağı sancılacaq.Çox az qalıb.Azərbaycanın öhdəsindən heç kəs gələ bilməz.Gec ya tez axır əvvəl bizim olanı geri alacağıq.Durduqca bədəndə can yaşa,yaşa ey Şanlı Azərbaycan! Nəsimi rayon gənci İbadova Günay.