Biz münaqişənin diplomatik yolla həlli olduğuna inanırıq

30 Oktyabr 2020 14:58 (UTC+04:00)
Artıq 1 aya yaxın müddətdir ki, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər davam edir. Bu 1 aylıq müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox ölkələrin kütləvi informasiya vasitələrinə müsahibə verib. Hər müsahibəsini də şəxsinə ünvanlanan sualları böyük səbrlə, yüksək natiqlik bacarığı ilə cavablayan ölkə başçısı haqq uğrunda apardığımız mübarizəmizi dünya ictimaiyyətinə uğurla çatdırır. 25 oktyabr tarixində isə Prezident İlham Əliyev ABŞ-ın "Fox News" televiziya kanalına müsahibə verib. Müsahibə zamanı jurnalistin verdiyi ilk sualdan belə aydın olur ki,onlar müharibəyə ilk olaraq Azərbaycanın başladığı fikrindədirlər. Belə bir fikrin həqiqətə uyğun olmadığını bildirən ölkə başçısı Azərbaycanın erməni təxribatına qarşı özünü müdafiə etdiyini bildirib. Biz hər zaman bu münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olmuşuq,əgər biz sülh istəməzsə idiki 17 il boyunca danışıqları davam etdirməzdik. Azərbaycan ordusu artıq 10 ildirki tam hazırlıqlı vəziyyətdədir,buna görə də bizim Türkiyədən gələn Suriyalı muzdlu əsgərlərə də ehtiyacımız yoxdur. Türkiyə bizə siyasi cəhətdən böyük dəstək olan bir dövlətdir. Bunlar Ermənistan tərəfinin yaydığı yalan xəbərlərdir. Azərbaycan hər zaman bu prosesinin diplomatik yollarla həlli olduğuna inanıb,lakin Ermənistan Baş Naziri diplomatik yolla həllin mümkün olmadığını deyir. Bu çox təhlükəli bəyanatdır. Eyni zaman da 2 dəfə imzalanmış humanitar atəşkəsi də Ermənistan pozmuşdur . Gəncə şəhərini ballistik raketlərlə vuraraq mülki əhaliyə zərər yetiriblər,biz isə mülki əhalini hədəf almırıq. Amerika ilə Azərbaycanın dostluq münasibətləri var,buna görə də Azərbaycan da sülh olması Amerikanın marağındadır. Amerikanın münaqişə zamanı göstərdiyi tərəfsiz münasibəti də dəstəklədiyini bildirən Prezident İlham Əliyev bildirib ki, bütün vasitəçi dövlətlər də bu prossesdə neytral olmalıdırlar. Münaqişənin həlli üçün bu mütləqdir. Bu münaqişənin sülh yolu ilə həlli mümükündür, bütün bunlar isə Ermənistan dövlətinin iradəsindən asılıdır. Azərbaycanlılar və ermənilər dünyanın bir çox bölgəsində birgə yaşadıqları kimi Dağlıq Qarabağda da birlikdə yaşaya bilməzlər? Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Azərbaycan və erməni əhalisinin hüquqlarını tanıyan sülh mümkündür. Məmmədova Simranə Cavanşir qızı Nəsimi rayon gənci