Şanlı qələbəyə doğru daima irəli

30 Oktyabr 2020 15:01 (UTC+04:00)
Cənab Ali Baş Komandan İlham Əliyevin çıxışını izlədik. Hər çıxışdan sonra qələbəyə daha da çox inanırıq, daha da çox ümid edirik.Yeni bir qələbə xəbərini aldıq.Qubadlının və Kəlbəcər rayonunun bir hissəsi ordumuz tərəfindən düşmən işğalından azad edilib.Mənfur düşmənə lazımı cavab verildi və veriləcəkdə.Bütün işğalda olan torpaqlarımız,bütün işğalda olan ərazilərimiz düşmən işğalından azad olunacaq.Ellərindən,obalarından didərgin düşmüş insanlar o ellərə geri dönəcək.Və torpağ həsrəti geridə qalacaq.Artıq 1 aydan çoxdur ki, ,müharibə davam edir.Azərbaycan ordusu qələbəyə doğru gedir.Hər gün şəhid xəbəri gəlir,neçə neçə valideyn göz yaşı tökür,övladlarının şəhid olduğu xəbərini alır.Nə qədər acı olsada, nə qədər kədərli dözülməz olsa da onlar bu xəbəri aldıqda başlarını dik tutub,inamla Vətən sağ olsun deyirlər. Şəhidlər heç bir zaman ölmürlər.Daima onların yeri cənnətdir.O zirvəyə ucalmaq hər kəsə nəsib olmur.Prezidentimiz hər zaman şəhid ailələrinin yanındadır,onlara dəstək durur və o ailələrə mərd oğullar yetişdirdikləri üçün təşəkkür edir.Hər zaman inanmışam ki öz torpağı,vətəni uğrunda canından keçmiş şəhidlərimizin qanı heç zaman yerdə qalmayacaq.Qisasları tez bir zamanda alınacaq,necə ki alınır hal hazırda.Öz haqlı davamızda qələbə çalmağa çox az qaldı.İşgalda olan digər ərazilər tezliklə düşmən işğalından azad olunacaq.Və yenidən Azərbaycanın tərkibinə qatılacaqdır. 27il yalnız dünya ölkələri tərəfindən danışıqlara getmək barədə sözlər eşitdik.Hər dəfə danışıqlara gedildi,lakin o yolla torpaqlarımızı geri ala bilməyəcəyimizi gördük.Ermənistanla danışıqlara getməyin,məsələni danışıqlar yolu ilə həll olunmasının bir faydası olmadığını gördük.Cənab Ali Baş Komandan İlham Əliyev son çıxışlarında da bildirdi ki artıq heç bir danışığın mənası yoxdur və danışıqlara gedilməyəcək.Bizə bizə məxsus olan torpaqları,bizə məxsus olan əraziləri düşmən işğalından azad edəcəyik.Azərbaycan daima öz ərazi bütövlüyünü qoruyub saxlayacaqdır Və tezliklə bütün torpaqlarımıza qovuşacayıq! Məmmədov Mehnur Azər oğlu Nəsimi rayon gənci,