Cənubi koreyalı futbolçu intihar etdi

30 Oktyabr 2020 16:02 (UTC+04:00)
Cənubi Koreyanın "Seul" klubunun futbolçusu Kim Nem-Çxono dünyasını dəyişib. "Report" "Yonhap"a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin cəsədi Seul şəhərindəki bir evin yaxınlığında aşkarlanıb. İlkin versiyaya görə, oyunçu intihar edib. Qeyd edək ki, Kim Nem-Çxono 2013-cü ildən "Seul" oynayıb. O, 2017/2018 mövsümündə orduda xidmət etdiyi üçün "Sancu Sanmu" komandasının formasını geyinib.