Braziliyada "Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr” mövzulu onlayn mühazirə keçirilib

30 Oktyabr 2020 17:25 (UTC+04:00)
29 0ktyabr tarixində Braziliyanın Parana əyalətinin "İSEPE" universitetində siyasi elmlər namizədi, Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis Joao Xavierin təşkilatçılığı ilə səfir E.Poluxovun "Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr – beynəlxalq qanunvericilik" mövzulu onlayn mühazirəsi baş tutumuşdur. Facebook vasitəsi ilə yayımlanan mühazirəyə universitetin çoxsaylı müəllim və tələbələri və digər iştirakçılar qatılaraq, səfirin prezentasiyası ilə tanış olmuşlar. Öz çıxışında E.Poluxov münaqişənin tarixi, hazırki durum, Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinə qarşı törədilən erməni vəhşilikləri, erməni terrorçularının Azərbaycan və Türkiyəyə qarşı fəaliyyəti və döyüş zonasında muzdluların istifadə edilməsi məsələlərinə dair ətraflı məlumatlar vermişdir. Səfir E.Poluxov münaqişənin həllinə dair ölkəmizin mövqeyini iştirakçıların diqqətinə çatdıraraq, beynəlxalq qanunvericiliyin norma və prinsiplərinin aliliyi, onlara hörmət və şərtsiz yerinə yetirilməsinin başlıca tələb olduğunu bildirmişdir. 27 il BMT-in 4 qətnaməsinə əməl etməyən Ermənistan, ölkəmizi bu məsələnin həllini öz üzərinə götürməyə məcbur etdiyini və müzəffər ordumuzun bunu yerinə yetirdiyini dinləyicilərin nəzərinə çatdırılmışdı. Ölkə rəhbəri, Ali Baş Kamandandın cənab İlham Əliyevin rəhbərliyi altında bütün Azərbaycan xalqı səfərbər olaraq müstəqilliyimizin bərpasının ilk günlərindən ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həllinə dair aparılan mübarizənin qələbə ilə bitəcəyi vurğulanmışdı. Sonda E.Poluxov Braziliya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə çağırmış və regionda gedən proseslərin elimi tədqiqatının aparılmasının vacib olduğunu demişdir. Öz növbəsində cənab J.Xavier uzun müddətdir ki Dağlıq Qarabağ münaqişəsinin elmi araşdırılmalarının apardığını və Azərbaycanın mövqeyinin beynəlxalq qanunvericiliyinə əsaslandığını və tam ədalətli olduğunu söyləmişdir. Sonda hər iki mühazirəçi çoxsaylı o cümlədən erməni izləyicilərin suallarını cavablandırmışlar. Tədbirin tam yazısı ilə verilən linkdə tanış olmaq olar: https://www.facebook.com/faculdadeisepe/