Köçəryan koronavirusa yoluxdu, Moskvaya gedə bilmədi

30 Oktyabr 2020 21:46 (UTC+04:00)
Ermənistanın eks-prezidenti Robert Köçəryan koronavirusa yoluxub. Mövqe.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Moskvaya uçuş ərəfəsində test verən Köçəryanda COVID-19 olduğu təsbit edilib. Hazırda o, Yerevandakı evində izolyasiya olunub.