İzmirdə zəlzələ nəticəsində 17 nəfər ölüb, 709 nəfər yaralanıb

31 Oktyabr 2020 00:33 (UTC+04:00)
Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 17-yə, yaralıların sayı isə 709-a çatıb. Mövqe.az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.