Düşmən Tərtərə 30-yə yaxın top mərmisi atdı

31 Oktyabr 2020 10:31 (UTC+04:00)

Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutub.

Mövqe.az Report-a istrinadən xəbər verir ki, səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edib.

Ermənilər rayon ərazisinə gün ərzində 30-a yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Odusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.