Biz öz haqq yolumuzdan geri dönməyəcəyik!

31 Oktyabr 2020 10:00 (UTC+04:00)

Bildiyiniz kimi , son illər ərzində həm Azərbaycan Respublikasının bir dövlət kimi , o cümlədən Milli Ordusunun bir ordu kimi inkişafı daima diqqət mərkəzində olmuşdur. Son illərdə həm istehsal olunan , həm də digər ölkələrdən alınaraq möhkələnən hərbi texnikamız indi bu günlərdə düşmənə öz gücünü və əzəmətini göstərməkdədir . Müzəffər ordumuz sayəsində biz döyüş meydanında öz üstünlüyümüzü dəfələrlə sübut etmişik. Hətta buna misal olaraq , 30 il bundan qabaq işğal edilmiş ərazilərin azad edilməsi inkişafımızın əyani sübutudur. 
Biz həmçinin dünya hərbi təchizat statistikalarına nəzər salsaq görərik ki , Azərbaycan ordusu dünyanın 50 ən güclü ordularından biridir. Siyasi müstəvidə Ermənistan və Azərbaycan ordularını müqayisə etsək belə bir həqiqət ortaya çıxar. Bizdə müxtəlif tipli raketlər, güclü texnologiya ilə işə salınan komputerləşmiş , son inkişaf strategiyalarına əsaslanan texniklar hələ heç 40 il keçəsə də,  yalın bir dilənçi cildində kömək dilənən Ermənistan hökümətində ola bilməz. Bizim Ermənistan hökümətinə, Ermənistan orudusuna döyüş meydanında verdiymiz zərəri, onların bizim mülki əhaliyə yönləndirməsi bir daha onların necə də aciz və cılız olduqlarını təsdiq edir . Dinc şəhərlərə kasetli raketlərlə o cümlədən döyüş sursatları ilə hücum edən Ermənistanın aciz ordusu bir daha faşizmin simasının bariz nümunəsi olduqlarını, daima terrorist mövqelərini açıq şəkildə ortaya qoyur . 
Onu da bildirmək istərdim ki, daima bir yalançı körpətək başqa dövlətlərin arxasına keçmək , başqa başqa dövlətlərin arxasında gizlənmək nə qədər də gülünc səslənsə də , artıq Ermənistan hakimiyyətinin dövlət siyasətinə çevrilmişdir . Hər nə baş versə də , biz öz güclü və rəşadətli ordumuza güvənir daima ona dəstək olmuşuq. 
Bu gün mübarizə meydanında vuruşan igid əsgərlərimiz Şanlı Azərbaycan tarixinə öz imzalarını qızıl hərflərlə yazırlar . Bəli , biz bu gün haqq yolunda alnıaçıq, üzüağ irəliləyirik. Qarabağa gedən yolda .. Şuşamıza , Kəlbəcərimizə, Cəbrayılmıza və sairə bu kimi şəhərlərmizə gedən yolda addımlayırıq. Qarabağ bizimdir , Qarabağ Azərbaycandır!

İbrahimova Günay 
Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi