Dağlıq Qarabağda həyat geri qayıdacaq

31 Oktyabr 2020 11:36 (UTC+04:00)

Ordumuz işğal edilmiş ərazilərimizi azad etməyə davam edir və 30 ildən sonra ədalət bərpa olunur. Bu gün işğalçı Ermənistan çıxılmaz vəziyyətdədir: cəbhədə erməni ordusu darmadağın edilib, ermənilər Qarabağda döyüşməkdən imtina edir, diplomatik cəbhədə isə heç bir ölkə işğalçını dəstəkləmir.
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında öz layiqli yerini tutur. İstər maddi-texniki təminat, istərsə də şəxsi heyətinin vətənpərvərlik hissi, qələbə ruhu baxımından ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməyə, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Keçirilən məqsədyönlü islahatlar, genişmiqyaslı təlimlər onu deməyə əsas verir ki, Azərbaycan əsgərinin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti yüksəkdir. Ali Baş Komandanın diqqət və qayğısı daim bizim üzərimizdədir..
Hərbi əməliyyatların gedişatı Nikolun “siyasi dəfni” ilə nəticələnəcək. Artıq Ermənistanda keçmiş siyasi qüvvələr hərəkətə keçib. Keçmiş prezidentlərin – Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanın qapalı görüşü və baş verən proseslər Paşinyanın taxtı ilə vidalaşmasını yaxınlaşdırır və bu, Sorosun bölgədəki planına ciddi təhlükə yaradır.
Ermənistan bu gün xaricdən ciddi şəkildə silahlanır və bu bölgə təhlükəsizliyi ciddi şəkildə pozur.Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu sual və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar hal-hazırda bizə qeyri-qanuni şəkildə çatdırılır.
Paşinyanın hakimiyyətdə qalmasının yeganə yolu hərbi əməliyyatların dayandırılmasıdır. Hərbi əməliyyatların Azərbaycanın irəli sürdüyü şərtlərlərlə - ərazilərin tam azad olunması – dayandırılması Nikolun devrilməsi ilə nəticələnəcək, bu baxımdan, yeganə çıxış yolu Bakıya müxtəlif yollarla təzyiqin edilməsidir.
Bu gün Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl rayon sakinləri böyük coşqu içərisindədir! Çünki bu torpaqlar artıq Azərbaycan oğullarının mühafizəsi altındadır. Hər kəs bu şad xəbərə ürək dolusu sevinir,daha xoş xəbərlərin gələcəyinə ümid edir.. Biz həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü dünyaya təsdiqləmişik. Azərbaycan xalqı özünü qürurlu, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləyib. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq.  Yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq.
Bu gün xalqımız bu müqəddəs amal altında mübarizə aparan ordumuzun bütün mərd oğulları ilə qürur duyur. Bu yolda qəhrəmancasına şəhid olan igidlərini heç zaman unutmur, xatirələrini daim əziz tutur. Güc və qüdrəti ilə bütün dünyaya səs salan Azərbaycan Ordusu ilə hər kəs bütün Azərbaycan xalqı öyünür. Allah bütün əsgərlərimizi qorusun onlara güc və qüvvət versin! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Verdiyeva Şəbnəm  
Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi