30 illik həsrətin bitməsinə çox az qalıb

31 Oktyabr 2020 12:00 (UTC+04:00)

Dağlıq Qarabağ- bizim 30 ildir həsrətin də olduğumuz doğma torpaqlarımız. Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə irəliləyən rəşadətli ordumuzun bu gün 30 illik həsrətimizə son qoymasına çox az qalıb. 20-ci əsrdə xalqımıza qarşı böyük vəhşiliklər törədərək ermənilərin işğal etdiyi ərazilərimizin bir hissəsi artıq azad olunmuş, həmin torpaqlarda Azərbaycan bayrağı ucaldılmışdır. Azərbaycan dövləti və ordusu qarşısın da məğlub olan barbar Ermənistan dövləti yenə də öz çirkin əməllərindən geri qalmır, gecə yuxuda olan dinc əhalini raket atəşinə tutur. Bütün bunlara baxmayaraq hər keçən gün biraz daha döyüş meydanın da irəli gedən ordumuz tərəfindən torpaqlarımızdan qovulan aciz düşmən layiq olduğu cavabı alır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bütün bu məsələlərlə bağlı Rusiyanın “Interfaks” agentliyinə müsahibə verib. Ölkə başçısı müsahibə zamanı rəsmi İrəvanın hərbi cinayətkar olduğunu, ümumiyyətlə Ermənistan dövlətinin regionda sülhün bərqərar olmasına ciddi əngəl olduğunu vurğulayıb. Biz bu gün də hərbi əməliyyatları dayandırmağa hazırıq,sülh istəməyən tərəf 3 dəfə atəşkəsi pozan Ermənistandır. Azərbaycan xalqı öz torpaqlarına qayıdacaqdır biz tolerantlıq ənənələrimizə sadiqik Dağlıq Qarabağ erməni və azərbaycanlı əhalisi birgə yaşamalıdır. Münaqişənin nizamlanmasında isə Türkiyənin rolu olmalıdır. Türkiyə Cənubi Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Münaqişənin həlli regional inkişafa da səbəb olacaq. Azərbaycan Şərqi Avropanı enerji təhlükəsizliyi ilə təmin edir,neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə Ermənistan ciddi beynəlxalq təzyiqlərlə üzləşəcək. 
Düşmən nə qədər qəddar,amansız,cinayətkar olsa da son da daim haqlı olan tərəf qazanır. Biz də haqqımız olan torpaqlarımızı geri istəyirik. Bu günkü, Azərbaycanla 30 il öncəki Azərbaycan arasında çox böyük fərq var. Artıq Azərbaycan dövlətinin güclü və iradəli rəhbəri, yenilməz ordusu var. Biz ürəkdən inanırıq, tezliklə bütün Qarabağ da 3 rəngli Azərbaycan bayrağı dalğalanacaq. Haqq yolumuz da zəfər bizim olacaqdır!
Məmmədova Simranə
Nəsimi rayon gənci