Həmsədrlərin müraciətindən sonra da Ermənistan yaşayış sahələrinə zərbələr endirir - XİN

31 Oktyabr 2020 18:20 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarının yaşayış yerlərinə zərbələr endirir.

Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yazılıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarındakı yaşayış məntəqələrini hədəf alır: "Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Cenevrədəki görüşdən sonra humanitar atəşkəsə hörmətlə bağlı çağırışının ardınca baş verir!".