Keçmiş döyüşçü ön cəbhəyə getmək istəyir - Video

31 Oktyabr 2020 22:32 (UTC+04:00)

Torpaqlarımızın işğaldan azad olunması naminə davam edən Vətən müharibəsində iştirak etməyə hazıram. Buna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsində qeydiyyatdan keçmişəm.

Bu sözləri Axar.az-ın bölgə müxbirinə Birinci Qarabağ müharibəsinin iştirakçısı Elşən Süleymanov deyib.

E.Süleymanov hazırda Göyçay şəhər 7 nömrəli tam orta məktəbdə hərbi müəllim kimi çalışır. O deyib ki, Vətən müharibəsində vaxtilə dərs dediyi 3 şagirdi şəhidlik zirvəsinə yüksəlib. Onların xatirəsinə 7 nömrəli məktəbdə xatirə güşəsi də yaradıblar.

Qeyd edək ki, Elşən Dursunəli oğlu Süleymanov 1971-ci ildə Göyçayın Yenikənd kəndində anadan olub. 1989-cu ildə Sovet ordusunda həqiqi hərbi xidmət keçib. Tank bölməsində komandir olub.

Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.

Daha ətraflı videoda: