Ermənistanın fosforlu bomba taktikası - PUA-lardan gizlənməyə çalışırlar

1 Noyabr 2020 13:40 (UTC+04:00)

Artıq bir neçə gündür ki, Ermənistan Qarabağda fosforlu bombalardan istifadə edərək yanğınlar törədir.

Azərbaycan MN işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyini bildirmişdi.

Trend-in məlumatına görə, Ermənistanın fosforlu bombalardaqn istifadəsi ilk deyil, düşmən qüvvələri daha öncədə fosforlu bombalardan Azərbaycana qarşı istifadə edib.

Hələ oktyabrın 8-də Ermənistan tərəfindən Füzuli rayonu ərazisinə 122 millimetrlik tüstülü top mərmisi atmışdı. mərminin tərkibində 3,6 kiloqram ağ fosfor (P-4) var idi.