Düşmənin hərbi avtomobil korteji məhv edilib - MN

1 Noyabr 2020 22:12 (UTC+04:00)

Oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb.

Müdafiə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, istiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.

Kortejin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.