14 yaşlı İdil 58 saatdan sonra dağıntılar altından sağ çıxarıldı

2 Noyabr 2020 09:01 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində baş verən güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir.

Mövqe.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında dağıntılar altında qalan 14 yaşlı İdil Şirin 58 saatdan sonra dağıntılar altından çıxarılıb.

Məlumata əsasən, İdil Şirin xilas edildikdən dərhal sonra xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, 14 yaşlı uşaq dağıntılar altından yaralı vəziyyətdə çıxarılan 105-ci vətəndaşdır.

Xatırladaq ki, 30 oktyabrda İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə ciddi uçqunlara səbəb olub. Zəlzələ nəticəsində 75 nəfər həlak olub.