Ermənistanda daha 28 nəfər öldü

2 Noyabr 2020 12:00 (UTC+04:00)

Ermənistanda son sutkada daha 1194 yeni yoluxma faktı aşkarlanıb.

Mövqe.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bununla da virusa yoluxanların sayı 93448-ə, ölənlərin sayı isə 1391-ə (son sutkada 28 nəfər) qalxıb.

Qeyd edək ki, Ermənistanda istirahət günləri olduqca az koronavirus testi aparılır. Ona görə də hazırkı rəqəmin əsl reallığı əks etdirmədiyi şübhəsizdir