AVMA ölkə muzeylərinə virtual səyahət etdi

2 Noyabr 2020 14:17 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə layihə müsabiqəsində qalib gələn “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin Gədəbəy, Quba, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında icra etdiyi “Keçmişdən gələcəyə, toplaşaq muzeylərə” – region muzeylərinə vitual ekskursiyanın təşkili, muzey mədəniyyətinin inkişafına dəstək  layihəsi ugurla başa çatıb.

Layihənin məqsədi valideynlər, uşaq və gəncləri Azərbaycandakı muzeylərlə virtual tanış etmək, muzeylərə marağı kütləviləşdirmək, muzey mədəniyyətinin inkişafına dəstək vermək, övladlarımıza tarix və mədəniyyətimizə sahib çıxamağı öyrətmək, ictimaiyyətin diqqətini bu mədəniyyət ocaqlarının problemlərinə və inkişafına yönəltmək, muzeylərimizi sosiallaşdıraraq və cəmiyyətdə əhəmiyyətini yüksəltməkdən ibarət olub.

Layihə çərçivəsində Gədəbəy, Quba, Şamaxı, İsmayıllı, Qəbələ  rayonlarında yerləşən açıq və qapalı tipli region muzeylərinə vitual ekskursiyalar təşkil olundu. Bu zaman foto-video çəkilişlər və sosial şəbəkələrdə (feysbuk üzərindən) birbaşa canlı yayımlar aparıldı.

Virtual ekskursiya çərçivəsində Mədniyyət Nazirliyi ilə razılaşdırılan qrafik üzrə Qəbələdə İsmayılbəy Qutqaşınlinin Ev Muzeyində, İsmayılbəy Qutqaşınlınin qəbirüstü abidəsində. “Cotari” Alban-Udi kilsəsində, "Bulum" Məbədində,   Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğu, Qəbələ Arxeoloji Mərkəzində,  İsmayillida Lahıc məktəb muzeyi, İsmayıllı Tarix və Diyarşünaslıq Muzeyində, “Girdman” qalasında (XI-XII əsrlər Niyal qalası), Talıstan kəndi Cavanşir qalasında (VI-VII əsrlər),  Sulut kəndi Fit dağında (Qırxotaq) XII əsr, Buzxana, Lahıc Tarix Diyarşünaslıq Muzeyində, Şamaxıda Tarix-Diyarşünaslıq Muzeyində, Dövlət Rəsm qalereyasında, Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasında, Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyində, Quba rayon Tarix-Diyarşünaslıq muzeyində, Quba “Soyqırım” Memorial Kompleksində, Gədəbəydə Simens Qardaşlarının ev muzeyində, rayon Tarix və Diyarşünaslıq Muzeyində, Simens körpüsündə, Koroğlu qalasında  çəkiliş və birbaşa yayımlar aparılıb, virtual ekskursiya təqdimatları keçirilib.

Muzeylərə virtual ekskursiyalar region iştirakçıları və sosial şəbəkə izləyiciləri tərəfindən yüksək maraqla qarşılanıb. Layihənin icrasında dəstək olan  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və kurator əməkdaşlarına, Mədəniyyət Nazirliyinin və Nazirliyin Regional Mədəniyyət idarələrinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Onu da qeyd edək ki, layihənin çəkiliş materiallarından ibarət materiallar ictimaiyyətə silsilə olaraq təqdim olunacaq.