Dağlıq Qarabağda qondarma rejimin "müdafiə nazirinin müavini" məhv edilib

2 Noyabr 2020 17:31 (UTC+04:00)

Azərbaycan Ordusu tərəfindən qondarma rejimin "müdafiə nazirinin müavini" Artur Sarkisyan məhv edilib.

Mövqe.az-ın məlumatına görə, bu barədə erməni KİV-ləri bildirir.

O, bu ilin iyulunda "nazir müavini" təyin olunmuşdu.

Qeyd edək ki, bir müddət əvvəl qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın ölüm xəbəri yayılmışdı.