Tvitter Tramp və Baydenə qadağa qoydu

2 Noyabr 2020 20:29 (UTC+04:00)

Tvitter ABŞ prezidentliyinə namizədlərin və bütün sosial şəbəkə istifadəçilərinin seçkilərin rəsmi elanından əvvəl qələbə elanı barədə yazmalarını qadağan edib.

Mövqe.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

ABŞ prezidentliyinə namizədlər daxil olmaqla Tvitter istifadəçiləri nəticələrin rəsmi açıqlanmasına qədər qələbə ilə bağlı yaza bilməzlər”, - məlumatda bildirilib.