Erməni tərəfi yenə yalan məlumat yayır - MN

3 Noyabr 2020 09:31 (UTC+04:00)

Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Nazirlik növbəti dəfə bildirir ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır.