Ərdoğan nazirləri toplayır: Qarabağ müzakirəsi...

3 Noyabr 2020 10:05 (UTC+04:00)

Bu gün Türkiyə Prezident Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın liderliyində növbəti dəfə toplanacaq.

Mövqe.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, iclasda Ermənistan-Azərbaycan cəbhə xəttindəki son vəziyyət və Şərqi Aralıqdakı proseslər müzakirə ediləcək.

Bundan başqa, İzmirdə baş verən zəlzələnin nəticələri və sonrakı proseslər haqqında fikir mübadiləsi aparılacaq.