Azərbaycan XİN Avstriyaya başsağlığı verib

3 Noyabr 2020 11:00 (UTC+04:00)
Biz Vyanada baş vermiş qorxunc hücumlar nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığımızı ifadə edirik.
Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yer alan bəyanatında deyilir.
Bəyanatda yaralıların tezliklə sağalması arzu edilir:
"Azərbaycan terrordan əziyyət çəkən bir ölkə olaraq terrorçuluğun bütün forma və təzahürlərini pisləyir".