Paşinyan İsrailin ünvanına ağır ittihamlar səsləndirib

3 Noyabr 2020 14:17 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə İsrailin ünvanına ağır ittihamlar səsləndirib.

Trend-in məlumatına görə, İsrailin “The Jerusalem Post” qəzetinə müsahibə verən N.Paşinyan bu ölkənin humanitar yardım təklifini də rədd edib.

 

Erməni baş nazir İsraili ermənilərin "soyqırım"ını həyata keçirməkdə gühanlandırıb: “Düşünürəm ki, konkret nəticələr olacaq və siz də bu nəticələrlə qarşılaşmalı olacaqsınız. İsrail indi şər qüvvələrin yanındadır”.