Avstriyada 3 günlük matəm elan edildi

3 Noyabr 2020 14:31 (UTC+04:00)
Bu gün Vyanada törədilən terror hücumları zamanı ölənlərin xatirəsinə ehtiram olaraq hökumət noyabrın 3-dən 5-dək ölkə üzrə matəm elan edib. Bu gün saat 12-də bir dəqiqəlik sükut gözlənilməklə rəsmi idarələrin qarşısında dövlət bayraqları endirilib. Xatırladaq ki, Vyanada 6 məkanda, o cümlədən şəhər sinaqoqunun qarşısında naməlum şəxslər tərəfindən hücumlar törədilib, nəticədə 3 nəfər ölüb, 15 nəfər də xəsarət alıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb. Hökumət əhalini evdən çıxmamağa çağırıb. Polis tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir. (Report)