Prezident bu sualları lazımi şəkildə cavablandırır - Hacıyev

3 Noyabr 2020 15:20 (UTC+04:00)

Bu gün də cəbhənin bütün istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinin hücum və təxribatlarının qarşısını almaqdadır.

Mövqe.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıyır.

Onun sözlərinə görə, Prezident İlham Əliyev beynəlxalq media qurumlarına verdiyi 20-dən artıq müsahibədə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb:

"Ermənistanın siyasi rəhbərliyi isə Azərbaycan Prezidentinin müsahibələrini imitasiya etməyə çalışır. Bəzən müsahibələrdə provokativ suallara da rast gəlinir. Amma Azərbaycan Prezidenti bu sualları yerində və lazımi şəkildə cavablandırır".