Düşmən assimetrik və hibrid müharibəyə başlayıb - Hacıyev

3 Noyabr 2020 15:26 (UTC+04:00)

Döyüş meydanında uğursuzluqla üzləşən Ermənistan Azərbaycana qarşı assimetrik və hibrid müharibə aparmağa başlayıb.

Mövqe.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu cür müharibə metodları terror vasitəsilə həyata keçirilir:

"Bununla bağlı xüsusilə xaricdə yaşayan azərbaycanlılar məlumatlandırılır. Onlara diqqətli və ehtiyatlı olmaları ilə bağlı tövsiyələr verilir".