Təəssüf ki, bu bəyanatda Gəncə hadisələrinə toxunulmayıb

3 Noyabr 2020 15:57 (UTC+04:00)

BMT-nin İnsan hüquqları üzrə ali komissarı tərəfindən Ermənistanın törətdiyi bu cinayətlərə münasibət bildirilib. Xüsusilə biz müsbət addım kimi qeyd edirik ki, onun tərəfindən verilmiş açıqlamada Azərbaycanın Bərdə şəhərində kassetli silahlardan istifadə edilməsi ilə əlaqədar olan faktlar öz əksini tapıb.

Mövqe.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, ali komissarın bəyanatında Gəncə hadisələrinə toxunulmaması təəssüf doğurur:

"Ermənistan silahlı qüvvələri tərəfindən böyük sayda insan tələfatına səbəb olmaq üçün Gəncə şəhəri də ballistik və digər raketlərlə atəşə tutulub. Lakin bəyanatda bu barədə qeyd edilməyib".BMT-nin İnsan hüquqları üzrə ali komissarı tərəfindən Ermənistanın törətdiyi bu cinayətlərə münasibət bildirilib. Xüsusilə biz müsbət addım kimi qeyd edirik ki, onun tərəfindən verilmiş açıqlamada Azərbaycanın Bərdə şəhərində kassetli silahlardan istifadə edilməsi ilə əlaqədar olan faktlar öz əksini tapıb.

Axar.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, ali komissarın bəyanatında Gəncə hadisələrinə toxunulmaması təəssüf doğurur:

"Ermənistan silahlı qüvvələri tərəfindən böyük sayda insan tələfatına səbəb olmaq üçün Gəncə şəhəri də ballistik və digər raketlərlə atəşə tutulub. Lakin bəyanatda bu barədə qeyd edilməyib".